Çilidə tarixi seçki
13 Dekabr 2009 Bazar 04:40
Çilidə tarixi seçki. 20 il ərzində ilk dəfə sağ müxalifətin real qələbə şansı var.
Çilinin səsvermə hüququ olan 8 milyondan artıq əhalisi bu gün prezident və parlament seçkilərində iştirak edəcək. Çili Konstitusiyasına görə, prezident yalnız bir dəfə və dörd il müddətinə seçilir.

Dövlət başçısı kürsüsü uğrunda dörd namizəd mübarizə aparır. Onların hamısı cümə axşamı günü seçkiqabağı kampaniyanı başa vurublar. Rəy sorğularına görə, prezident seçilmək üçün ən şanslı namizəd 60 yaşlı iş adamı Sebastyan Pinyeradır. Namizədliyini sağçı müxalifətin irəli sürdüyü iş adamının reytinqi 44,1 faiz təşkil edir. Onun hakim partiyadan olan rəqibi Eduardo Freyi sə rəyi soruşulanların 31 fizi müdafiə edib. Seçkilərdə həmçinin müstəqil deputat və keçmiş sosialist 36 yaşlı MarkoErikes-Ominami (17,7 faiz) və solçu qüvvələrin namizədi Xorxe Arrate (7,2%) iştirak edir.

Analitiklərin fikrincə, bu günkü seçkilər Çili üçün tarixi əhəmiyyət daşıyır. 20 il ərzində ilk dəfə sağ müxalifətin qələbəyə real şansı var. 1990-cı ildə Pinoçet diktaturasının süqutundan sonra hakimiyyətdə olan sol mərkəzçi “Demokratiya uğrunda ittifaq” koolisiyasının isə mövqeləri zəifləyib.

Bununla belə, ekspertlər namizədlərdən hər hansı birinin səslərin mütləq çoxluğunu qazana bilməyəcəyini də istisna etmirlər. Əgər namizədlərdən heç bir qalib gəlməsə, 17 yanvar 2010-cu ildə səsvermənin ikinci turu keçiriləcək.

Ölkədə səsvermə günü təhlükəsizliyi 17 min hərbçi və poils qoruyacaq. Prezidentlə yanaşı bu gün 18 senator və Milli Konqresin aşağı palatasının 120 deputatı da seçilməlidir.

Yeni prezidentin öz səlahiyyətlərinin icrasına 11 mart 2010-cu ildə başlayacağı planlaşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar