Çilidə güclü zəlzələ olub
17 Aprel 2009 Cümə 09:55
Dağıntı və təlafat barədə məlumat yoxdur

Çilinin şimal sahilində zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların gücü Rixter şkalası üzrə 6,3 bal olub. Episentri Takna şəhərindən 177 km aralıda, sakit okeanın 10 km dərinliyində olan zəlzələ yerli vaxtla saat 22:08-də qeydə alınıb.
Hələlik dağıntı və təlafat barədə məlumat yoxdur. Sunami təhlükəsi barəsində də xəbərdarlıq edilməyib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar