Çilidə güclü zəlzələ
21 Oktyabr 2010 Cümə Axşamı 12:30
Təkanların gücü 5.7 bal gücündə olub.
Çilidə 5.7 bal güсündə zəlzələ baş verib. CNN Türk-ün yaydığı məlumata görə, zəlzələnin mərkəzi paytaxt Santyaqodan 315 kilometr aralıda, Sakit okeanda qeydə alınıb.
Təkanlar zamanı şəhərdəki binalar yellənsə də dağıntı və tələfat olmayıb. İnsanlar təşvişə düşüb.
Xatırladaq ki, Çilidə bu ilin fevral ayında baş verən 8.8 bal gücündə zəlzələ zamanı 500-dən çox insan həyatını itirmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: