Çilinin Səhiyyə Nazirliyi “donuz qripi”ndən ikinci ölüm faktını təsdiqləyib. ANS PRESS, “Reuters” agentliyinə istinadən xəbər verir ki, H1N1 virusuna yoluxmuş 56 yaşlı kişi həm də ürək xəstəliyindən əziyyət çəkirmiş. O, ölkənin cənubundakı Osorno şəhərində dünyasını dəyişib.
Çili hökumətinin iyunun 5-nə olan məlumatına görə, ölkədə “A” qripinə 890 nəfər yoluxub.
Ümumdünya Səhiyyə Təşkilatı isə iyunun 5-də H1N1 virusuna dünyanın 69 ölkəsində 21 940 nəfərin yoluxduğunu açıqlamışdı. Virusa yoluxanlardan 125 nəfəri ölüb. /ANS PRESS/