Çilidə qeyri-adi aksiya
19 Noyabr 2010 Cümə 03:35
İşsiz qalan 33 qadın özlərini 800 metr dərinlikdəki mədəndə həbs edib
Çilidə hökumətə etiraz etmək istəyən 33 qadından ibarət qrup qeyri-adi etiraz aksiyası keçirib. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, hökumət rəsmilərinin diqqətini cəlb etmək istəyən qadınlar könüllü olaraq özlərini yerin 800 metr dərinliyindəki mədənədə həbs ediblər. Buna səbəb isə hökumətin fevral ayında işlə təmin etdiyi 12 min nəfərdən 8 minini noyabrın 4-də ixtisara salması olub.
Qeyd edək ki, qeyri-adi aksiyaya yerin üstündə, mədənin girişində də işsiz qalanlar tərəfindən dəstək verilir.
Mədəndə olan 33 nəfərlik qrup isə rəsmilərdən cavab almayacaqları təqdirdə etirazlarına aclıq aksiyası ilə davam edəcəklərini bildirirlər.
Aksiyaçılar bir müddət əvvəl 700 metr dərinlikdə qalan, hökumətin və dünya ictimaiyyətinin diqqət mərkəzində olan şaxtaçıları xatırladaraq özlrinin də diqqətə layiq olduqlarını bildiriblər.
DOSTLARINLA PAYLAŞ: