Çilidə 7.2 bal gücündə zəlzələ meydana gəlib
26 Mart 2012 Bazar Ertəsi 07:16
Zəlzələ nəticəsində şəhərdə hündürmərtəbəli binaların şiddətlə silkələndiyi bildirilir.
Çilinin mərkəzində 7.2 bal gücündə zəlzələ meydana gəlib. Yeraltı təkanlar paytaxt Santiyaqoda da hiss edilib və təşvişə düşən əhali küçələrə çıxıb. Qeyd edək ki, şəhərdə hündürmərtəbəli binaların şiddətlə silkələndiyi bildirilir.

Amerika geolojik araşdırmalar mərkəzin (USGS) zəlzələnin Talsa qəsəbəsinin 103 km şimalında yerin 10 km dərinliyində qeydə alındığını bildirib. Çili hökuməti Fövqəladə Hallar Komissiyası sunami gözlənilməsə də sahil yaşayış massivindəki sakinləri evakuiasiya edib.

Hazırda baş vermiş zəlzələ nəticəsində meydana gələn dağıntı və insan təlafatı barədə araşdırmalar davam edir.

Xatırladaq ki, 2010-cu ildə Çilidə meydana gəlmiş 8.8 bal gücündə zəlzələ nəticəsində 500 nəfər ölmüşdü.


DOSTLARINLA PAYLAŞ:

oyunlar