Çilidə 6,2 bal gücündə zəlzələ olub
12 İyul 2010 Bazar Ertəsi 10:50
Zəlzələ nəticəsində dağıntı və tələfat olmayıb.
Çilidə güclü zəlzələ baş verib. 6,2 bal gücündə qeydə alınan yeraltı təkanlar ölkənin şimal-şərqində qeydə alınıb. Amerika Geologiya İnstitutunun məlumatına görə, yeraltı təkanların episentri Atakama səhrasındakı Kalama şəhərindən 80 km aralıda olub.
Yerli polisin açıqlamasına görə, zəlzələ nəticəsində dağıntı və tələfat olmayıb.
Qeyd edək ki, fevral ayının 27-də Çilidə baş verən 8,8 bal gücündə zəlzələ 521 nəfərin ölümünə səbəb olmuşdu. Ölkəyə 30 milyard dolar dəyərində ziyan dəyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: