Çilidə 33 mədən işçisindən 20-si xilas edilib
14 Oktyabr 2010 Cümə Axşamı 01:15
Xilasetmə işlərinin bu gün başa çatacağı gözlənilir.
Çilidə qəza baş vermiş mədəndə xilasetmə işləri zamanı 33 mədən işçisindən 20-si evakuasiya edilib. Bu barədə məlumatı Associated Press agentliyi yayıb. Mədənə qazılmış tunel vasitəsilə xüsusi kapsul salınır və bu yolla mədən işçilərin bir-bir yerin səthinə çıxarılırlar. Bir şaxtaçının xilas edilməsinə təxminən bir saat vaxt sərf edilir. Bu hesabla xilasetmə işlərinin 1,5 sutka davam edəcəyi bildirilir.
Xatırladaq ki, ilk mədən işçisi ötən gecə xilas edilmişdi. 33 mədən işçisi iki ay idi təxminən 650 metr dərinlikdə qalmışdılar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: