Çili zəlzələsi nəticəsində Yer öz oxundan tərpənib
02 Mart 2010 Çərşənbə Axşamı 14:45
Çili zəlzələsi nəticəsində Yer öz oxundan tərpənib. Nəticədə sutkanın uzunluğunu azalıb.
Ötən şənbə günü Çilidə baş verən 8,8 bal gücündəki zəlzələ yerdə sutkanın uzunluğunu azaldıb. Sutka 1,26 mikrosaniyə azalıb. Planetimiz özü isə öz oxundan 8 sm tərpənib. NASA-nın Reaktiv Hərəkat laboratoriyasının alimləri belə iddia edirlər.

Labaratoriyanın mütəxəssisi Riçard Qross bildirib ki, 2004-cü ildə Sumatra adasında baş vermiş zəlzələ və sunami zamanı günün uzunluği 6,8 mikrosaniyə azalmışdı. Yer oxu isə nisbətən az 7 sm-ə yaxın öz yerindən tərpənib.

Xatırladaq ki, Çilidə fevralın 27-də baş vermiş zəlzələ nəticəsində 733 nəfər ölüb. Onlarla insan itkin düşüb, Ümumilikdə 2 milyona yaxın adam zəlzələdən əziyyət çəkib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar