Çili yenə silkələndi
14 Fevral 2011 Bazar Ertəsi 19:42
Çili yenə silkələndi. Burada 6,6 bal gücündə zəlzələ olub.
Çili sahillərində Rixter cədvəli ilə 6,6 bal gücündə zəlzələ olub. ABŞ Geoloji Araşdırmalar Mərkəzindən verilən açıqlamaya görə, təkanlar yerin 25 kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin episetnri Çilinin Talca şəhərindən 97 kilometr qərbdə olub.

Çilinin Fövqəladə Hallar Nazirliyi zəlzələdən sonra hər hansı bir dağıntı və fəlakətlə bağlı məlumat almadığını bildirib.

Qeyd edək ki, dünən səhər saatlarında da Çilidə 5,8 bal gücündə zəlzələ qeydə alınmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar