Çili şaxtaçılarının xilası üçün oktyabrın 12-nə söz verildi
09 Oktyabr 2010 Şənbə 05:05
Səhiyyə naziri Hayme Manaliç jurnalistlərə, mədəndə qalan şaxtaçılarən çərşənbə axşamı çıxarılacağını deyib.
Çilidə baş vermiş qəza səbəbilə 2 aydan çoxdur mədəndə qalan 33 şaxtaçı oktyabrın 12-də xilas olunacaqlar. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Çili Səhiyyə naziri verib. Nazir Hayme Manaliç jurnalistlərin, “5 avqustdan bəri mədəndə qalan şaxtaçılar nə vaxt çıxarılacaq?” sualına “çərşənbə axşamı” deyərək cavab verib.
Xatırladaq ki, Çili rəsmiləri daha əvvəl şaxtaçıların ən pis ehtimalla noyabrın ortalarında xilas ediləcəyini bildirmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: