Çikaqoda NATO-nun sammiti keçiriləcək
20 May 2012 Bazar 02:23
Zirvə toplantısında 50-dən çox ölkə iştirak edəcək.
NATO üzvü, eləcə də, tərəfdaş ölkələrin dövlət başçıları, müdafiə və xarici işlər nazirləri bu gün Çikaqo sammitinə toplaşacaqlar. Onlar iki gün ərzində Liviyada Müammər Qəddafi rejiminin devrilməsi zəfərindən tutmuş, Əfqanıstanın qeyri-müəyyən gələcəyi, Avropada raket əleyhinə müdafiə sistemlərinin qurulması və maliyyə sarsıntıları dövründə NATO-nun möhkəmləndəndirilməsinədək çoxsaylı məsələləri müzakirə edəcəklər.

Ötən il NATO qoşunları Liviyaya müdaxilə üçün BMT Təhlükəsizlik Şurasının xeyir-duasını aldılar, silahlı müxalifətə havadan dəstək verdilər və 40 il ölkəyə rəhbərlik etmiş Qəddafi rejiminin devrilməsinə itki vermədən nail oldular. Buxmayaraq, NATO-nun hava zərbələri nəticəsində onlarla dinc liviyalı həlak oldu və hər belə hal BMT-nin xüsusi komissiyası tərəfindən araşdırılır.

Alyansın Əfqanıstandakı işləri isə o qədər də asan deyil. 2014-cü ildə xarici qoşunlar bu ölkədən çıxmalıdırlar. Bu müddətə qədər isə elə edilməlidir ki, ölkədə sabitliyi Əfqanıstanın təhlükəsizlik qüvvələri təmin edə bilsinlər.

Çikaqo sammitində iştirak edən Həmid Kərzay hökuməti hesab edir ki, təhlükəsizlik qüvvələrinin hərəkətli halda saxlamaq üçün hər il 4 milyard dollardan çox vəsait lazımdır. Əus təqdirdə, nəticələr daha baha başa gələ bilər.

Əfqanıstan mövzusunun vacibliyini vurğulamaq üçün BMT-nin baş katibi Pan Gi Mun da Çikaqo sammitinə gedəcək.

NATO sammitinin ABŞ prezidenti Barak Obamanın doğma şəhəri Çikaqoda keçirilməsi yerli hakimiyyətdən xüsusi təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini tələb edib. Miçiqan gölünün sahilində zirvə toplantısının keçirildiyi Makkormik-Pleysə gedən yollar bağlanıb, küçələrdə polis briqadaları və mülki geyimli xüsusi xidmət əməkdaşları keşik çəkir. Bəzi mağazaların vitrinləri fanerlə bağlanıb.

Bir neçə gündür Çikaqoda qloballaşma əleyhdarları, anarxistlər və həmkarlar hərəkatlarının etiraz aksiyalarına hazırlıq görülür. Yerli mətbuatın məlumatına görə, polis “Molotov kokteyli” hazırlamaqda şübhəli bilinən üç nəfəri saxlayıb. Bu, terrorçuluq kimi qiymətləndirilir. Saxlanılanlar ilə vəkilləri vasitəsilə bəyan ediblər ki, niyə polisdə olduqlarını anlaya bilmirlər, şokdadırlar.

Ümumiyyətlə, Çikaqoda etiraz aksiyaları dinc keçir. Lakin şava yolları şirkətləri, turizm büroları və yerli hökumət şəhərin qonaqlarına xəbərdarlıq ediblər ki, həçrəkətin məhdudlaşdırılması və yüksək təhlükəsizlik tədbirləri üzündən Çikaqoda istirahət və işgüzar görüş planları pozula bilər. Çikaqo mətbuatı “NATO sammitini necə yaşamalı?” sualının cavabında bu məsləhəti verir: evdə oturmalı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar