Çiçəyi burnunda milyarder ən bahalı mülkü aldı
02 Aprel 2011 Şənbə 07:27
Varlılar siyahısına bu il daxil olan rus milyarder Amerikada 100 milyon dollara malikanə sahibi oldu
Varlılar siyahısına bu il daxil olan rus milyarder Yuri Milner Amerikada 100 milyon dollara malikanə alıb. Məlumata görə, “silikon vadisi”ndə yerləşən bu malikanə indiyə qədər ABŞ-da ən baha qiymətə satılmış mülkdür. Qeyd edək ki, 1 milyard dollarlıq sərvəti ilə bu il “Forbes”in siyahısına daxil olan 49 yaşlı Milnerin “Facebook”, “Groupon” və “Zynga” kimi şirkətlərdə səhmləri var.

Fransız qəsr stilində inşa edilən malikanənin tikintisi isə 2009-cu ildə başa çatıb. Malikanədə bal zalı, şərab anbarı, binanın içində və həyətində üzmək üçün hovuzu var.












DOSTLARINLA PAYLAŞ:

oyunlar