Cib xərcliyi üçün 20 milyon dollar
21 Aprel 2010 Çərşənbə 17:40
Bakiyevlərin var-dövləti üzə çıxıb.
Qırğızıstanın müvəqqəti hakimiyyəti bir sıra banklarda hələ də ölkənin prezidenti olan Kurmanbek Bakiyevin ətrafındakı şəxslərə məxsus pul və qiymətli əşyalar aşkar edib. Bu barədə Qırğızıstanın müvəqqəti maliyyə naziri Temir Sarıyev məlumat verib. Sarıyevin sözlərinə görə, təqribən 20 milyon dollar dəyərində nəğd pul və qızıl külçələr tapılıb. O, qızılın dəqiq dəyərinin hazırda ekspertlər tərəfindən hesablandığını bildirib.

Qeyd edək ki, Sarıyev bir neçə gün öncə tapıntı barədə məlumat vermişdi. Düzdü o zaman söhbət 14,5 milyon dollardan gedirdi. Banklarda aşkar olunan pul və qızıl külçələr Maksim Bakiyev (Qırğızıstan prezidentinin kiçik oğlu) və Bakıtbek Kalıyevin (Qırğızıstanın keçmiş müdafiə naziri) adına qeydiyyatda olub.

Sarıyevin bildirdiyinə görə, banklarda tapılan pullar sahibləri tərəfindən “cib xərcliyi üçün” saxlanılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar