CIA-nin rəisi qadın səbəbindən istefa verdi
10 Noyabr 2012 Şənbə 03:57
Devid Petreus 37 illik arvadını aldadırmış
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəisi Devid Petreus tutduğu vəzifədən istefa verib. Petreusun istefa ərizəsini prezident Barak Obamaya Milli Kəşfiyyatın direktoru Ceyms Klepper təqdim edib. Klepper, Petreusun istefasının “millət üçün hörmətli məmurlardan birinin itkisi” – kimi qiymətləndirsə də, istefanın səbəbləri barədə məlumat verməyib.

Devid Petreus isə CIA əməkdaşlarına e-mail yazaraq istefasının səbəbləri barədə məlumat verib. Petreus atdığı addımı bir qadınla yaşadığı qeyri-rəsmi münasibətlə izah edib. “37 illik ailə həyatından sonra qeyri-rəsmi bir münasibətə addım ataraq doğru olmayan qərar verdim. Belə bir hərəkətin həm ailə böyüyü üçün, həm də bu cür ciddi qurumun rəisi üçün qəbul edilməsi mümkün deyil” – deyə Petreus yazıb.

Xatırladaq ki, ABŞ ordusunun İraq və Əfqanıstan birliklərinin komandiri olan Devid Petreus 2011-ci ilin aprel ayında prezident Obama tərəfindən bu vəzifəyə təyin edilmişdi. Petreus həmçinin Şimali İraqın Süleymaniyyə əyalətində girov götürdüyü bir qrup türk zabitin başına torba keçirdiyi üçün Türkiyədə “çuvalçı general” kimi məşhurdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar