Çeyninin ürəyi dəyişdirildi
26 Mart 2012 Bazar Ertəsi 11:13
Amerika Birləşmiş Ştatlarının keçmiş vitse-prezidentinə yeni ürək nəql edilib.
Amerika Birləşmiş Ştatlarının keçmiş vitse-prezidenti Riçard Çeyniyə yeni ürək köçürülüb. Bu barədə məlumatı "Reuters" agentliyi yayıb. Məlumata görə, hazırda 71 yaşlı Çeyni Vircinya ştatındakı klinikalardan birində reablitasiya kursu keçir.

Qeyd edək ki, eks dövlət rəsmisi hələ 2011-ci ildə yeni ürək nəql olunması üçün əməliyyat olunacağını bildirmişdi. Riçard Çeyniyə orqan nəqli 2010-cu ildə ürək nasosu yerləşdiriləndən sonra yaranmış narahatlıqla bağlı edilib. Keçmiş vitse-prezidentin ürəyində problem isə hələ 2001-ci ildə, kardiostimulyator qoyulandan sonra başlayıb. Nəticədə o həm də koronar şuntlamaya məruz qalıb.

Riçard Çeyni 2001-ci ilin yanvarından 2009-cu ilə kimi ABŞ-ın vitse-prezidenti postunu tutub. O, balaca Corc Buşla bir yerdə çalışıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar