Çexiyada sosial-demokratlar parlament seçkilərini uddu
30 May 2010 Bazar 05:00
Amma parlamentdə üstünlük sağ-mərkəzçi koalisiyanın əlində olacaq.
Çexiyada mayın 28-i və 29-da keçirilmiş parlament seçkilərində sol-mərkəzçi Sosial-Demokrat Partiyası səslərin çoxunu əldə edib və mütləq çoxluğu qazanıb. Amma seçkinin iki qalibinin olduğunu düşünmək olar. Seçki bülletenlərinin 99,8 faizi sayıldıqdan sonra sosial-demokratlar səslərin 22,1, onların əsas rəqibi olan sağ-mərkəzçi Vətəndaş-Demokrat Partiyası isə 20,2 faizini toplayıblar. Liderlərin ilk üçlüyünü mühafizəkar TOP09 partiyası 16,7 faiz səslə tamamlayır. Daha sonra isə kommunistlər (11,3 faiz) və mərkəzçi Public Affairs partiyası (10,( faiz) gəlir.
Beləliklə, Çexiyanın gələcək parlamentində sosialistlərin kommunistlərin köməkliyi ilə formalaşdırıağı sağ-mərkəzçi koailsiya üstünlük təşkil edəcək.
Sosial-Demokrat Partiyasının lideri, keçmiş baş nazir İrji Parubek bildirib ki, sosial-demokratların qələsinə baxayaraq, nəticəni uğurlu hesab etmək olmaz. Çünki parlamentə sağ-mərkəzçi koalisiya başçılıq edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: