Çexiyada "qış mövsümü" geri qayıdıb
05 İyun 2009 Cümə 18:40
Meteoroloqlar soyuq hava şəraitinin iyunun ortalarınadək davam edəcəyini proqnozlaşdırıblar

 

Cexiyada iyun üçün qeyri-adi hava şəraiti müşahidə edilib. Bu gün respublikanın şimalında yerləşən Krkonoşe dağlarında qar yağıb. Praqada və ölkə ərazisinin böyük hissəsində havanın hərarəti 12 dərəcədən yuxarı qalxmayıb.

ANS PRESS-in “Gazeta. ru”ya istinadən verdiyi məlumata görə, meteoroloqlar bildirirlər ki, respublika ərazisində müşahidə edilən soyuq hava şəraiti iyunun ortalarınadək davam edəcək. Leysan və qasırğanın olacağı da istisna olunmur.

Qeyd edək ki, Çexiyada havanın hərarəti bir neçə gün bundan əvvəl 30 dərəcədən yuxarı olub.
 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar