Çexiyada prezident seçkisi start götürdü
12 Yanvar 2013 Şənbə 09:54
Qeyd edək ki, ölkə rəhbəri postu uğrunda 3-ü qadın olmaqla 9 namizəd mübarizə aparır.
Çexiya Respublikasında prezident seçkilərinin ilkin mərhələsi start götürüb. Ölkə rəhbəri postu uğrunda 3-ü qadın olmaqla 9 namizəd mübarizə aparır. Çexiya konstitusiyasına əsasən, prezident iki dəfə seçildiyi üçün hazırkı prezident Vaçlav Klaus növbəti dəfə seçkilərə qatıla bilmir. Həmçinin, bu dəfəki seçkilərdə prezident ölkə tarixində ilk dəfə parlament tərəfindən deyil, xalq tərəfindən seçiləcək. Seçkilərdə ən iddiali namizədlər isə, sabiq baş nazirlər Miloş Zeman və Yan Fişer hesab edilir. Onlar Avropa Birliyi tərkibində qalmağa tərəfdar olsalar da, avroya keçməyə qarşıdırlar.

Qeyd edək ki, müğənni Vladimir Franzın namizəd qismində iştrak etməsi seçkilərə xüsusi ab-hava qatıb. Üzündəki tatu rəsmləri ilə diqqətləri cəlb edən Franz siyasi arenada təcrübəsi olmasa da, seçkilərə qatılmaq üçün özünə kifayət qədər dəstək toplaya bilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar