Çexiya Yuliya Timoşenkonun ərinə sığınacaq verdi
07 Yanvar 2012 Şənbə 00:22
Keçmiş baş nazirin tərəfdarları Aleksakndr Timoşenkonun ərinin addımını əsaslı sayırlar.
Çexiya Ukraynanın yeddi il müddətinəd azadlıqdan məhrum edilən keçmiş baş naziri Yuliya Timoşenkonun ərinə siyasi sığınacaq verib. Məlumatı “Reuters” agentliyi Çexiya Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən yayıb.

Aleksandr Timoşenkonun Çexiyadan siyasi sığınacaq istədiyi ötən gün məlum olmuşdu. Keçmiş baş nazirin tərəfdarları bu addımı keçmiş baş nazirə ailəsi vasitəsilə təzyiqlərin göstərilməsi ilə əsaslandırırdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar