Çexiya prezidentinin qələm oğurlamasına 5 milyon nəfər baxıb (VİDEO)
15 Aprel 2011 Cümə 00:38
Sosial şəbəkədə istifadıçilər Vatslav Klaus üçün 8000 qələm toplayıblar.
Çexiya prezidenti Vatslav Klausun Çiliyə səfəri zamanı masanın üstündəki diyircəkli qələmi özününküləşdirməsi ilə bağlı “YouTube” şəbəkəsində yerləşdirilən videoçarxa indiyədək 5 milyondan çox adam baxıb. Məlumatı Çexiyanın ÇTK agentliyi yayıb. Çexiya KİV-i bildirir ki, bu, belə videoçarxlar üçün mütləq baxış rekordudur. Əsl hitə çevrilmiş videoçarxın xronometrajı 1 dəqiqə 4 saniyədir.

Qeyd edək ki, Vatslava Klausun Çilinin dövlət başçısı Sebastyan Pinyera ilə görüşdən sonra KİV nümayəndələri qarşısında birgə bəyanatlar zamanı protokol qələmini götürmüşdü. Telekameralar bu anı qeyd etmişdilər və Çexiya televiziyası mənimsənilən qələmlə bağlı süjet göstərmişdi.

Bundan başqa, “Facebook” sosial şəbəkəsmində “Cənab prezident üçün qələm toplayaq” adlı aksiya təşkil edilib. Vatslav Klausa poçtla qələm göndəçrmək istəyini indiyədək 8 mindən çox adam ifadə edib. “Biz inanırıq ki, bizim hədiyyələr cənab prezidentə sevinc bəxş edəcək və o, gələcəkdə xarici səfərlər zamanı qələm “icarə”yə götürməyəcək”, deyə aksiyanın təşkilatçıları bildiriblər. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar