Çexiya parlamenti vaxtından əvvəl buraxıldı
20 Avqust 2013 Çərşənbə Axşamı 22:03
140 deputat qərarın lehinə səs verib.
Çexiya parlamentinin Aşağı Palatasının deputatları parlamentin vaxtından əvvəl buraxılmasına səs verib. ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, qərarın qəbulu üçün 140 deputat “lehinə”, cəmi 7 parlamentari isə əleyhinə səs verib.
Əleyhdarların az olmasının səbəbi hakim Vətəndaş Demokratik Partiyasının deputatlarının səsvermədən əvvəl zalı tərk etməsi olub.
Çexiya konstitusiyasına görə, vaxtından əvvəl parlament seçkiləri bu günkü qərardan sonra 60 gün ərzində keçirilməlidir. Seçkilərin tarixini prezident Miloş Zeman təyin edəcək.
DOSTLARINLA PAYLAŞ: