Avropa Birliyinə sədrlik edən Çexiya hökuməti istefaya gedir. Çexiya kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən, hökumətin istefaya getməsi dünya maliyyə böhranının ölkə iqtisadiyyatına təsiri ilə bağlıdır. Mirek Topolanekin başçılıq etdiyi sağ mərkəzçi hökumət parlamentdə etimad səsverməsini uduzub. Səsvermədə solçu partiyalar hökumət əleyhinə 200 səsdən 101-ni toplayıb. Yeni hökuməti isə İrji Paroubek başda olmaqla sosial-demokratlardan formalaşdırılacağı bildirilir. Avropa Birliyinə sədrlik edən Çexiyada hökumətə kimin rəhbərlik edəcəyi isə ölkə prezidenti Vaslav Klausun verəcəyi qərardan asılıdır.