Cerrah xestenin medesinden narkotik oğurladı
15 Avqust 2013 Cümə Axşamı 01:02
Onun 15 il müddətində azadlıqdan məhrum ediləcəyi gözlənilir.
Rusiyanın Sibir bölgəsindəki bir xəstəxanada çalışan cərrah xəstənin mədəsindən narkotik oğurladığı üçün həbs edilib. Müsavat.com-un məlumatına görə, narkotik maddə satmaqda şübhəli bilinən bir nəfər nəzarətə götürülüb. Müayinələr nəticəsində məlum olub ki, o, kiçik paketlərdə olan narkotik maddəni mədəsində gəzdirir. Polislər əməliyyat yolu ilə kişinin mədəsindəki narkotik maddəni çıxarılmasına qərar veriblər. Narkotik maddəni onun mədəsindən çıxaran həkim isə oğurluğa əl atıb. O, paketlərdə olan narkotik maddələrin bir hissəsini polislərə təslim etsə də, bir hissəsini gizlədib. Əməliyyatxanadakı gizli kamera görüntülərinə baxan polislər cərrahı həbs ediblər.
Hazırda rus cərrah həbsdə saxlanılır. Onun 15 il müddətində azadlıqdan məhrum ediləcəyi gözlənilir.
Məlumat üçün bildirək ki, Rusiyada 8 milyon nəfər narkotik maddədən istifadə edir. Onlardan 150 min nəfəri isə narkotik maddədən istifadə etdiyi üçün həbs edilib
DOSTLARINLA PAYLAŞ: