Çerkizov bazarı bərpa edilir
27 Dekabr 2010 Bazar Ertəsi 12:45
Bazarın keçmiş sahibi Telman İsmayılov yenidən ticarət mərkəzinə cəlb edilir
Ləğv edilmiş "Çerkizov" bazarının ticarətçiləri paytaxt və federal hakimiyyət münayəndələrinə Moskvanın Kaloşino sənaye zonasında sahəsi 400 min kvadrat metr olan topdan satış ticarət-loqstika kompleksinin tikilməsi təklif ediblər. Rusiyanın “RBK” nəşrinin yazdığına görə, 2009-cu ilin oktyabr ayında ləğv edilmiş "Çerkizov" bazarının həmkarlar ittifaqı bazarı yenidən qurmq istəyir.

Həmkarlar ittifaqının sədri Leonid Razvozjayevin sözlərinə görə, bu təklif paytaxt və federal hökumətə hələ bir öncə edilib: ““Çerkizov” həmkarlar ittifaqının 400 iştirakçısı Kaloşino sənaye zonasında bələdiyyənin ərazisində 3-4 hektar sahəsi olan bazarın yenidən qurulmasını təklif edib. Bu ərazi yeni tikilən avtovağzal və dairəvi dəmir yoluna da yaxındır. Həm də bu ərazi Moskvanın şərqində, ləğv edilmiş bazardan bir az aralı yerləşəcək”.

Topdan satış ticarət-loqistika kompleksi hər biri 10-20 kvadrat metr olan 20 min ticarət yerindən ibarət olacaq. Bundan başqa, burada anbar, administrativ-sənaye otaqları və yeməkxanalar olacaq.

L. Razvozjayevin sözlərinə görə, "Çerkizov" bazarının Kaloşinodakı analoqu sırf olaraq topdan satış alıcıları üçün nəzərdə tutulacaq. Bu layihə 5-10 milyon yüngül sənaye ilə məşğul olan insana toxunacaq: “Ticarət kompleksinin yarısı rusiyalı iş adamlarına, ikinci hissəsi isə Çin, Türkiyə, Vyetman, Cənubi Koreya, Qırğızıstan, Ukrayna və Belarusdan olan iş adamlarına veriləcək. Ticarət mərkəzinin illik dövriyyəsi 50-100 milyon rubl təşkil edə bilər”.

Razvozjayevin dediyinə görə, Çerkizov bazarının illik dövriyyəsi 3.5 trilyon rubl təşkil edirdi. Ticarətçilərin xalis gəliri isə dövriyyənin 10 faizinə çatırdı: “Layihədə 20 mindən artıq iş adamı iştirak edəcək. Onlar hər biri 50 min dollar olmaqla, “Çerkizov” bazarının yenidən qurulması üçün ümumlikdə 1 milyard dollar vəsait qoymağa hazırdırlar. Bununla da onlar daimi şəxsi mülkə sahib olurlar”.

Bundan başqa, həmkarlar ittifaqı layihəyə böyük iş adamlarını da cəlb etmək niyyətindədir. Onlardan biri “Çerkizov” bazarının keçmiş sahibi, “AST” şirkətlər qrupunun sahibi, əslən azərbaycanlı olan rusiyalı iş adamı Telman İsmayılov ola bilər.

Qeyd edək ki, “Çerkizov” bazarı 1990-cı illərin əvvəlində Moskvanın ən böyük ticarət mərkəzlərindən biri olub. Ötən ilin iyulun 29-da isə sanitariya və yanğın təhlükəsizlik normalarının pozulduğuna görə bağlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar