30 min çinli Moskvanın Çerkizov bazarının bağlanması səbəbindən işsiz qalıb. ANS PRESS-in “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, onların əksəriyyəti evlərinə qayıtmağa hazırlaşır.
Lakin adıçəkilən bazarda beş ildən artıqdır ki, fəaliyyət göstərən Çin vətəndaşı evə qayıtmaq üçün pul tapa bilmədiklərini bildirib.
Xatırladaq ki, qalmaqal mərkəzinə düşən Çerkizov bazarı sanitar normalara riayət olunmaması və yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən 29 iyun tarixindən fəaliyyətini dayandırıb. Bazarın bağlanması nəticəsində 100 mindən artıq insan işsiz qalıb. /ANS PRESS/