Çerkizov bazarı yanıb
17 Oktyabr 2009 Şənbə 10:45
Bu gün Bakı vaxtı ilə 02.09 radələrində Çerkizov bazarının anbarlarında yanğın baş verib.
APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, yanğın bazardan müsadirə olunmuş malların saxlandığı ikimərtəbəli binada baş verib. Yanğının söndürülməsinə 28 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlər yalnız 4 saat yarımdan sonra alovu ram edə biliblər. Ümumilikdə anbarın 1000 kvadrat metr ərazisinin yandığı bildirilir. Hadisə zamanı xəsarət alan və ya ölən olmayıb. Xatırladaq ki, azərbaycanlı iş adamı Telman İsmayılova məxsus Çerkizov bazarı iyulun 15-də bağlanıb.APA
DOSTLARINLA PAYLAŞ: