İyunun 29-da bağlanmış “Çerkizov” bazarı köçülür. Bazarda ticarətlə məşğul olan azərbaycanlıların ANS PRESS-ə verdiyi məlumata görə, ticarətçilər bazarda qalmış mallarını hissə-hissə çıxrırlar. Bazarın ətrafı milis və OMİN-çuların nəzarıtindədir. Bazarın bağlanması ilə işlərini itirmiş Azərbaycan vətəndaşlarının az hissəsi Moskvanın digər bazarlarında ticarətlə məşğul olmağa başlayıblar.
Ötən həftənin sonu mallarını çıxarmaq istəyən ticarətçilər milis və OMON-un hücumuna məruz qalıblar. Malları yük maşınlarına yığan həmyerlilərimiz milislərin dəyənəyinə tuş gəliblər. Səhər saatlarında milislərə rüşvət verən azərbaycanlılar sərbəst buraxılıblar.
Qeyd edək ki, “Çerkizov” bazarı iyunun 29-da gigiyena və sanitar normalar, o cümlədən yanğın təhlükəsizliyinə riayət olunmaması səbəbindən bağlanıb. Nəticədə yüz minlərlə insan işsiz qalıb.
Anar Məmmədov /ANS PRESS/