Çerkizov bazarı bağlanıb
29 İyun 2009 Bazar Ertəsi 18:40
Rusiya paytaxtındakı “Çerkizov” bazarı sanitar normaların pozulması ilə əlaqədar müvəqqəti bağlanıb.
O, son günlər “Rospotrebnadzor”dan (İstehlakçıların hüquqlarının və insanların rifahının qorunmasına nəzarət üzrə federal xidmət) çoxlu sayda şikayət aldıqlarını və nöqsanları aradan qaldırmaq məqsədilə bazarda sanitariya günləri elan etdiklərini bildirib. N. Yevtixiyev bazarın nə vaxt fəaliyyətə başlayacağını söyləməyib.

Qeyd edək ki, iyunun əvvəlində Rusiyanın baş naziri Vladimir Putin gömrük sistemindəki çatışmazlıqlardan bəhs edərkən Moskvadakı iri bazarların birində milyardlarla rubl dəyərində qaçaqmal aşkarlandığını açıqlayıb. Bundan sonra “Çerkizov” bazarı KİV-in diqqət mərkəzinə gəlib. Bir qədər sonra baş prokuror Yuri Çayka “Çerkizov” bazarının anbarlarında insan sağlamlığına təhlükə törədən qaçaqmalla dolu bir neçə min konteyner tapıldığını bəyan edib. Rusiya Prokurorluğunun İstintaq İdarəsinin rəhbəri Aleksandr Bastrıkin isə “ilan yuvası” adlandırdığı bazarın bağlanması üçün operativ qərargah yaradıldığını bildiriş və “Qosnarkokontrol” (Narkotiklərin dövriyyəsinə nəzarət üzrə federal xidmət) da bazardakı yoxlamalara qoşulub. Moskva meri Yuri Lujkov isə 2009-cu ilin sonuna qədər bazarın fəaliyyətinin dayandırıla biləcəyini söyləyib.

Xatırladaq ki, “Çerkizov” bazarı Azərbaycanda doğulmuş yəhudi əsilli iş adamı, “AST” Şirkətlər Qrupunun sahibi Telman İsmayılova məxsusdur.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar