Çeri Bleyer Berluskoninin hədiyyə etdiyi saatı satdı
28 Oktyabr 2010 Cümə Axşamı 06:40
“Guardian” qəzeti bildirir ki, xanım Bleyer həyat yoldaşına aid hədiyyələri və xatirə əşyalarını satır.
İngiltərənin sabiq baş naziri Toni Bleyer vəzifəsindən ayrıldıqdan sonra verdiyi konfrans və oxuduğu məruzələrlə təxminən 30 milyon dollara yaxın pul qazanıb. “Guardian” qəzeti bildirir ki, bu məbləğlə kifayətlənməyən xanım Bleyer həyat yoldaşına aid hədiyyələri və xatirə əşyalarını satır.

Qeyd edək ki, Çeri Bleyer İtaliyanın baş naziri Silvio Berluskonin yeni baş nazir seçildiyi vaxt Toni Bleyerə hədiyyə etdiyi qol saatını “eBay” virtual ticarət mərkəzində 98 funt-sterlinqə (124 manat) satıb. Qeyd edək ki, xanım Bleyer “Locman Mare Titanyum” markalı saatı “İstifadə olunmamış, qutusuyla, qarantili” elanıyla satıb.

Xanım Bleyer keçən həftə Toni Bleyer tərəgfindən imzalanmış kağız parçasını 10 funt-sterlinqə (12.60 manat) satıb. Qəzetin məlumatına görə, Çeri Bleyer qazandığı pullarla əsasən məişət əşyaları alır.

Qeyd edək ki, Çeri Bleyer artıq 6 ildir “eBay”ın üzvüdür və burdan tez-tez 10 yaşlı oğlu üçün oyuncaq alır. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar