Cənubi Sudanı tanıyan növbəti ölkə İsrail oldu
10 İyul 2011 Bazar 16:44
Cənubi Sudanı tanıyan növbəti ölkə İsrail oldu. Bunu İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.
Şimali Sudan, ABŞ və Misirdən sonra Cənubi Sudanın müstəqilliyini tanıyan növbəti ölkə İsrail oldu. İsrailin Cənubi Sudanı suveren dövlət kimi tanımasını İsrailin baş naziri Benyamin Netanyahu nazirlər kabinetinin həftəlik iclasında bəyan edib. Netanyahu tezliklə İsraillə Cənubi Sudan arasında ikitərəfli rəsmi əlaqələrin və əməkdaşlığın əsasının qoyulacağına ümid etdiyini deyib.

İsrailin baş naziri həmçinin bildirib ki, Cənubi Sudanın bir dövlət kimi formalaşması "birtərəfli cəhdlərin deyil, danışıqların nəticəsidir" və Yaxın Şərq sülh prosesində də bu nümunənin arxasınca getmək lazımdır.

Bu arada, Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad əl-Maliki bildirib ki, Cənubi Sudan BMT-də Fələstin dövlətinin yaradılmasının elan edilməsini dəstəkləyəcəyinə söz verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar