Cənubi Sudan BVF və Dünya Bankına qəbul edildi
19 Aprel 2012 Cümə Axşamı 03:02
Yeni yaranan yoxsul dövlət beynəlxalq maliyyə qurumlarının 188-ci üzvü oldu.
Cənubi Sudan Beynəlxalq Valyuta Fondu və Dünya Bankına qəbul edilib. ANS PRESS-in “Frans Press”ə istinadən verdiyi məlumata görə, mıvafiq sənədlərin imzalanması mərasimi Vaşinqtonda keçirilib. Mərasimdə yeni yaradılan dövlətin maliyyə naziri Kosti Manibe Nqai iştirak edib. Onun sözlərinə görə, ölkəsi əvvəllər də Dünya Bankı ilə əməkdaşlıq edib.

Cənubi Sudan dünyanın ən zəif inkişaf etmiş ölkələrindən sayılır. O, BVF və Dünya Bankının sayca 188-ci üzvü olub. Düny Bankı Cənubi Sudan iqtisadiyyatının inkişafı ilə 2005-ci ildən məşğul olur. Ötən müddət ərzində xüsusi yaradılmış fond vasitəsilə regionun inkişafına 505 milyon dollara yaxın vəsait ayrılıb.

Xatırladaq ki, 2011-ci ildə Sudanın cənubunda referendum keçirilib. Əhali bölgənin vahid dövlətdən ayrılmasına tələfdar çıxıb. Rəsmi Xartum referendumun nəticələrindən narazı qalıb və ölkənin cənub bölgəsi ilə silahlı qarşıdurma yaranıb. Nəşayət, Cənubi Sudan müstəqilliyini elan edib və dünya ictimaiyyəti tərəfindən tanınıb.

Bölgənin ayrılması Sudan iqtisadiyyatına ciddi zərbə vurub. Belə ki, keçmiş vahid dövlətin neft yataqlarının əhəmiyyətli hissəsi cənubda yerləşir.

İki Sudanın sərhədində isə gərgin vəziyyət davam edir. Aprelin 16-da Sudan parlamenti Cənubi Sudanı düşmən dövlət kimi tanıyan sənəd qəbul edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar