Cənubi Osetiya və Abxaziya ətrafında vəziyyət olduqca mürəkkəbdir
28 İyul 2009 Çərşənbə Axşamı 18:45
Sergey Martınov: "Rəsmi Minsk hazırda bu məsələni nəzərdən keçirir"

Rəsmi Minsk Cənubi Osetiya və Abxaziyanın mürəkkəb status məsələsini nəzərdən keçirir. ANS PRESS-in “İtar-tass”a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqı "üçlüyü" ilə görüşün yekunu üzrə keçirilən mətbuat konfransında Belarusun xarici işlər naziri Sergey Martınov bildirib.

“Cənubi Osetiya və Abxaziya ətrafında vəziyyət hamı üçün oldqca mürəkkəb məsələdir. Biz bu məsələni hazırda da nəzərdən keçiririk”, - deyə o əlavə edib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar