Cənubi Koreyanın müdafiə naziri istefa verib
25 Noyabr 2010 Cümə Axşamı 17:20
Nazir Şimali Koreyaya müvafiq cavab verməməkdə günahlandırılır Artıq Kim Txe Enin istefasını ölkə prezidenti qəbul edib
Cənubi Koreyanın müdafiə naziri Kim Txe En istefa verib. ANS PRESS-in məlumatına görə, bu haqda Cənubi Koreyanın “Renxap” agentliyi xəbər verir. Agentiyin məlumatına görə, prezident Li Men Bak artıq müdafiə nazirinin istefasını qəbul edib.
Qeyd edək ki, bir müddət öncə hakim partiyanın deputatları müdafiə naziri və digər yüksək çinli hərbçilərin istefa verməsini tələb etmişdilər. Onların fikrincə, noyabrın 23-də Şimali Koreya ölkənin hərbi bazalarına atəş açarkən hərbçilər düşmənə lazımi cavab verə bilməyib.
Xatırladaq ki, noyabrın 23-də Şimali Koreyanın Cənubi Koreyanın Yenpxendo adasına atəş açması nəticəsində 4 nəfər həlak olub. Nəticədə iki dəniz piyadası və iki dinc sakin həlak olub, daha 18 nəfər isə yaralanıb.
DOSTLARINLA PAYLAŞ: