Cənubi Koreya prezidenti Li Myon Bak ölkənin sabiq prezidenti No Mu Xyonun intihar etməsindən sonra iki dəfə istefa ərizəsini yazan baş prokuror Lim Çxe Çjinin istefasını qəbul etmək qərarına gəlib. ANS PRESS-in "İtar-tass"a istinadən verdiyi xəbərə görə, baş prokuror istefasına səbəb kimi ölkənin sabiq prezidentinin intihar etməsinə görə mənəvi məsuliyyəti öz üzərinə götürdüyünü göstərib.
Xatırladaq ki, rüşvət almaqda ittiham edilən sabiq prezidentin işi ilə bağlı istintaq prosesi olduqca sərt keçib.
Yeni baş prokuror təyin edilənədək onun vəzifəsini Mun Son U icra edəcək. /ANSPRESS/