Cənubi Koreyadan Şimali Koreyaya sərt cavab
30 Mart 2013 Şənbə 14:22
Seul Pxenyanın müharibə vəziyyəti hədələrini qəbuledilməz sayır.
Şimali Koreyanın "müharibə vəziyyətində olmaqla" bağlı bəyanatına Cənubi Koreyanın reaksiyası özünü çox gözlətməyib. Cənubi Koreya Müdafiə Nazirliyinin mətbuat katibi Kim Min-seok Şimali Koreyanın bu cür hədələrinin qəbuledilməz olduğunu bildirib.

"Şimali Koreyanın müharibə vəziyyəti kimi hədələri, atəşkəs razılaşmasını və Cənubla Şimal arasında qeyri-aqressiyaya dair razılaşmanı pozması, sərhəddəki qırmızı xətti keçməsi və "müharibə vəziyyətinə" daxil olduğunu bəyan etməsi yolverilməzdir. Bunlar Koreya yarımadasıda sülh və sabitliyə zərər vurur. Biz də öz insanlarımızın həyatını və təhlükəsizliyini qorumaq üçün tam hərbi səfərbərlik vəziyyətindəyik".

Qeyd edək ki, Pxenyanla Seul arasında onsuz da gərgin olan münasibətlər Cənubi Koreyanın Amerika Birləşmiş Ştatları ilə Koreya yarımadasında birgə hərbi təlimlər keçirməsi ilə əlaqədar son vaxtlar daha da gərginləşib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar