Cənubi Koreyada prezident seçkiləri keçirilir
19 Dekabr 2012 Çərşənbə 02:27
Tarixdə ilk dəfə bu vəzifəyə qadın seçilə bilər.
Cənubi Koreyada prezident seçkiləri başlayıb. Seçki məntəqələri yerli vaxtla saat 06.00-da (Bakı vaxtı ilə 01.00) açılıb. Seçki nəticəsində ölkənin tarixində ilk dəfə dövlət başçısı vəzifəsinə qadın seçilə bilər. Koreya prezidenti mojaritar sistemlə beş il müddətinə seçilir.
Prezident postuna yeddi namizəd iddia edir. Lakin ekspertlərin fikrincə, onlardan beşi birliudə səslərin 5 faizini qazana bilməyəcək. Əsas mübarizə “Senuri” (“Yeni sərhədlər partiyası”) partiyasını təmsil edən 60 yaşlı Pak Kın Xe və Birləşmiş Demokrat Partiyasmının 59 yaşlı namizədi Mun Çje İn arasında gedəcək. Sosioloji sorğuların nəticələrinə görə, seçki ərəfəsində rəqiblər arasındakı fərq o qədər də böyük olmayıb. Cənubi Koreyanın Milli Seçki Komissiyası bildirib ki, səsvermənin nəticələri yerli vaxtla saat 23.00-dan (Bakı vaxtı ilə 18.00) sonra elan ediləcək.
Rəqib siyasi qüvvələrə aid olsalar da, prezidentliyə əsas iki namizədin ümumi cəhətləri də az deyil. Həm “Senuri” təmsilçisinin, həm də Birləşiş Demokratik Partiyanın namizədinin Cənubi Koreyanın keçmiş illərdəki aparıcı siyasi fiqurları ilə bağlılıqları var. Bu ilin yazındakı parlament seçkilərində “Senuri”yə qələbə qazandıran Pak Kın Xe 1961-1979-cu illərdə ölkəni idarə etmiş general Pak Çjon Xinin qızıdır. Mun Çjg İnin isə 2009-cu ildə korrupsiya qalmaqalından sonra intihar edən prezident No Mu Xyonla yaxın münasibətləri olub.
Cənubi Koreyanın hazırkı prezidenti Li Men Bak 2007-ci ildə dövlət başçısı seçilib. Ötən dəfə Pak Kın Xe də seçkilərdə iştirak niyyətini açıqlasa da, praymerizdə Li Men Baka məğlub olmuşdu. Li Men Bakın prezidentlik səhaliyyətləri gələn ilin fevralında başa çatır.
DOSTLARINLA PAYLAŞ: