Cenubi Koreyada fehleler etirazlara başladı
28 İyun 2013 Cümə 08:28
Minlərlə etirazçı paytaxt Seulda oturaq aksiya keçirdi.
Cənubi Koreyada tikinti sahəsində çalışan minlərlə işçi paytaxt Seulda iş şəraitinin yaxşılaşdırılması tələbi ilə kütləvi nümayiş keçirib. Koreya Tikinti İşçiləri İttifaqı paytaxt Seulda meriya qarşısında yerləşən meydanda oturaq aksiya təşkil edib.

Döşəməyəyə əyləşmiş kütlə, bayraqlar yelləyərək, hökumətdən fəhlələrin hüquqlarına hörmətlə yanaşmağı tələb edib. Bir anda etirazçılar Meksika dalğası hərəkətini yerinə yetirməklə nümayişə özünməxsus rəng qatıb.

Həmkarlar İttifaqının hökumətdən əsas tələbi maaşların verilməsinə daha geniş dövlət nəzarəti və təhlükəsizlik şəraitinin yaxşılaşdırılması olub.

İşçilərdən birinin dediyinə görə, bir neçə hallarda işçilərə maaşlar vaxtında və ya ümumiyyətlə verilmir, Sənaye qəzaları nəticəsində ölən içiləri ailələri kompensasiya ala bilmir.

Oturaq nümayişdən əvvəl, etirazçılar Seulun Azadlıq Qapılarından meriya binasına kimi yürüş edərək, şəhərin mərkəzində bəzi yolların bağlanmasına və tıxaclara səbəb olub. Təşkilatçılar etiraz aksiyasında iştirak etmək üçün 12 minə yaxın fəhlənin iş yerlərini tərk etdiyini açıqlayıb, 1200 -ə yaxın tikinti sahəsində iş müvəqqəti olaraq dayandırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar