Cənubi Koreya sahillərində yanacaq daşıyan gəmi partladı
15 Yanvar 2012 Bazar 14:06
Nəticədə 5 nəfər ölüb,6 nəfər itkin düşüb.
Cənubi Koreyanın qərb sahillərində, Sarı dənizdə yanacaq daşıyan yük gəmisi ikiyə bölünüb. Nəticədə 5 nəfər ölüb. Onların gəmidə baş verən partlayış nəticəsində öldüyü bildirilir. 5 heyət üzvü xilas edilib, daha 6 nəfər isə itkin düşüb. Onların axtarışı davam etdirilir. Naməlum səbəblərdən meydana gələn partlayış nəticəsində gəminin ön hissəsi parçalanıb, 4 tondan ağır olan gəmi yarıyadək suya batıb.
Yük gəmisində 80 ton neft və 40 ton dizel yanacağının daşındığı bildirilir. Dənizə yanacağın axıb-axmadığı hələ məlum deyil.
DOSTLARINLA PAYLAŞ: