Cənubi Koreya əhalisi keçmiş prezidentlə vidalaşır
29 May 2009 Cümə 12:20
Əhali Ro Mu Hyunun dəfn mərasimini iri monitorlarda izləyə biləcək

Cənubi Koreyanın keçmiş prezidenti Ro Mu Hyunun dəfn mərasimini iri monitorlarda izləmək istəyən on minlərlə insan ölkənin paytaxtındakı küçə və meydanlara toplaşmaqdadır. Bu barədə Associated Press agentliyi məlumat yayıb. Ro tərəfdarları ilə keçmiş liberal liderin siyasi rəqibləri arasında baş tutacaq hər şansı iğtişaşın qarşısnı almaq məqsədilə mərasimə polis cəlb olunub.  
Xatırladaq ki, 62 yaşlı Ro Mu Hyun mayın 23-də Bonqa kəndindəki mənzilində intihar edib.  Ro 2003-2008-ci illərdə Cənubi Koreyanın prezidenti olub. Mo və ailəsi  onun prezidentliyi müddətində £3.75 milyon məbləğdə rüşvət almaqda günahlandırılırdı. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar