Cənubi Koreya 11 avqust tarixində kosmosa ilk raketini buraxmaq niyyətindədir. ANS PRESS-in “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli agentliklərdən biri məlumat yayıb.
Məlumatda bildirilir ki, KSLV-1 raketinin peykə ilkin olaraq iyulun 30-da buraxılması planlaşdırılmışdı, lakin raketin yaradılmasında iştirak edən rusiyalı mütəxəsislər sistem üçün əlavə vaxt istəyiblər. /ANS PRESS/