Cənubi Afrika Respublikası (CAR) prezidenti beşinci dəfə evlənir
04 Yanvar 2010 Bazar Ertəsi 03:20
Cənubi Afrika Respublikası (CAR) prezidenti beşinci dəfə evlənir. Cakob Zumanın arvadlarından üçü ilə nigahı hələ də qüvvədədir.
Cənubi Afrika Respublikasının preziednti Cakob Zuma bu gün beşinci dəfə rəsmən evlənəcək. Onun növbəti seçimi Tobeka Madibadır. Dövlət başçısının administrasiyası məlumat yayıb ki, Cakob Zumanın doğma kəndində keçiriləcək nikah mərasimi son dərəcə şəxsi xarakter daşıyacaq. Tobeka Madiba (şəkildə soldan ikinci) prezidentlə bir çox rəsmi mərasimlərdə iştirak edib.
Cakob Zuma birinci dəfə 1973-cü ildə aparteid rejiminə qarşı mübarizəyə görə salındığı həbsdən çıxandan sonra Hertruda Sizakele Xumalo ilə evlənib. Sonra o Keyt Zuma ilə aliə qurub və qadın 2000-ci ildə vəfat edib. CAR prezidentinin üçüncü arvadı Nkosazane Dlamini-Zuma olub. Sonradan onlar boşansalar da, prezidentin keçmiş həyat yoldaşı sonrada xarici işlər naziri olub, indi isə daxili işlər naziridir. Cakob Zuma sonuncu dəfə üç il əvvəl dördüncü arvadı Nompumelelo Ntuli ilə evlənmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: