Cenifer Lopesə həsəd aparan 6 qadın xəstəxanalıq oldu
10 Mart 2010 Çərşənbə 05:55
Məlum olub ki, həkim qadınların budlarına tibbi slikon əvəzinə santexniklərin istifadə etdiyi inşaat slikonu yeridilib.
Amerikada saxta estetik cərrahının həyata keçirdiyi əməliyyat nəticəsində 6 qadın xəstəxanaya düşüb. ABŞ-ın Nyu Cersi əyalətində baş vermiş hadisədə qadınların bədənində şişmə, dəri problemləri və fiziki dəyişikliklər meydana gəlib. Həkimlərin müdaxiləsi nəticəsində məlum olub ki, qadınların budlarına tibbi slikon əvəzinə santexniklərin istifadə etdiyi inşaat slikonu yeridilib. Saxta cərrahın bu əməliyyatları evdə və ya otel otaqlarında həyata keçirdiyi bildirilib.

Qeyd edək ki, statistik məlumatlara görə Cenifer Lopes kimi dolu budlara sahib olmaq üçün bədənində estetik əməliyyat etdirən qadınların sayı hər gün çoxalır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar