Cenevrədə bir şüşə şərab 304 min dollara satıldı
17 Noyabr 2010 Çərşənbə 03:40
Bu, “Şərab, spirtli içkilər və siqarlar” kateqoriyasında dünya rekordudur.
“İmperial” formatlı şərab (altı litrlik) Cenevrədəki auksionda 304,4 min dollara satılıb. Bu, “Şərab, spirtli içkilər və siqarlar” kateqoriyasında dünya rekordudur. Məlumat Christie's auksionunun saytında yerləşdirilib.

Satılan içki 1947-ci ildə Fransanın Bordo bölgəsindəki “Şato Şeval Blan” şərabçılıq təsərrüfatında istehsal olunub. Mütəxəssislər lotun təxmini dəyərini 150-250 min dollarla dəyərləndirirdilər. Auksionun məlumatında deyilir ki, şərab şüşəsinin sahibi anonim kolleksiyaçıdırö

Bu vaxtadək şərab kateqoriyasında rekord 1869-cu ildə istehsal edilmiş “Şato Lafit”ə məxsus idi. O, Honkonqda Sotheby's tərəfindən keçirilən auksionda 232 min dollara satılmışdı. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar