Cəmil Çiçək: Parlamentlərin vəzifəsi tarix yazmaq deyil
14 Dekabr 2011 Çərşənbə 05:23
Türkiyə Millət Məclisinin spikeri Cəmil Çiçək Fransa parlamentinin spikerinə məktub yazıb.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri Cəmil Çiçək Fransa parlamentinin spikeri Bernar Akkuayeyə məktub yazaraq 1915-ci il hadisələri ilə əlaqədar gündəmə gətiriləcək qondarma soyqırımı qanun layihəsinin müzakirəsi ilə bağlı narahatlığını dilə gətirib. Çiçək bu məktubla diqqəti layihənin qəbulunun Türkiyə - Fransa münasibətlərinə verəcəyi zərərə cəlb etməyə çalışıb. Məktubda parlamentlərin vəzifəsinin tarix yazmaq olmadığı vurğulanıb, bu məsələnin tarixçilərin və araşdırmaçıların öhdəsinə buraxılması tələb olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar