Çelyabinskə düşən meteoritin qalıqları tapıldı
18 Fevral 2013 Bazar Ertəsi 00:19
Qalıqlar Çebarkul gölündə aşkar edilib.
Alimlər fevralın 15-də Çelyabinsk vilayətinə düşən meteoritin qalıqlarını Çebarkul gölündə aşkar ediblər. ANS PRESS-in məlumatına görə, bu barədə Ural Federal Universitetinin meteoritlər üzrə mütəxəssisləri məlumat veriblər. Onların sözlərinə görə, kimyəvi tədqiqatlar zamanı qalıqların meteoritə məxsus olduğu müəyyənləşdirilib.
DOSTLARINLA PAYLAŞ: