Çelyabinskdəki partlayış Xirosimadakı atom partlayışından 20 dəfə güclü olub
16 Fevral 2013 Şənbə 11:07
NASA partlayışın enerji dəyərini 300 kiloton qiymətləndirir.
Çelyabinskdə partlayış təsir gücünə görə Xirosimadan 20 dəfə artıqdır. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, NASA Çelyabinskdə partlayışın gücünü 300 kiloton trotil ekvivalentində qiymətləndirir. Bu bombanın təsir gücü Xirosimadakı partlayışdan 20 dəfə artıqdır.

NASA nümayəndəsi Bill Kuk bildirdirib: “Partlayışın enerji dəyəri təxminən 300 kiloton olub və 20-25 kilometr hündürlüyə qalxıb”.

Uraldakı bu partlayış bütün dünyada duyulub. Müxtəlif ərazilərdə infrosəs siqnalları ilə qeydə alınıb. Tədqiqatçılara görə, kosmik kütlənin diametri təxminən 15 metr olub və saniyədə 18 km sürətlə hərəkət edib. Meteor təxminən 20 dərəcə bucaq altında hərəkət edib.

“RİA Novosti”nin yazdığına görə, bu meteor 1908-ci ildən Tunqus fəlakətindən sonra miqyasına görə ən böyük hesab olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar