Çeçenistanda terror aktı: 4 hərbçi ölüb, 11 hərbçi yaralanıb
03 Aprel 2014 Cümə Axşamı 22:41
Partlayış yerinə təhlükəsizlik qüvvələri cəlb edilib.
Çeçenistanda Rusiya daxili qoşunlarına məxsus piyadaların döyüş maşını partladılıb.
ANS PRESS-in məlumatına görə, Rusiya daxili qoşunların mühəndis kəşfiyyat bölməsinin əməkdaşlarının Çeçenistanda kəşfiyyat işləri həyata keçirərkən piyadaların döyüş maşını partladılıb.
Rusiya Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, partlayış nəticəsində 11 hərbçi yaralanıb, 4 nəfər isə aldığı yaralardan həlak olub.
Yaralılar paytaxt Qroznının tibbi sanitar batalyonuna yerləşdirilib.
Hadisə yerinə təhlükəszilik qüvvələri cəlb edilib, əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
DOSTLARINLA PAYLAŞ: