Qroznıda qaçırılan “Nəsli xilas edək” çeçen gənclər qeyri-hökumət təşkilatlarının rəhbəri Zarema Sadullayeva və onun ərini öldürülüblər. Bu barədə “İnterfaks” agentliyinə “Memorial” Rusiya mərkəzinin üzvü Aleksandr Çerkasov bildirib. Onların meyidləri Qroznının Çernoreçye qəsəbəsində tapılıb.
Xatırladaq ki, Sadullayeva və onun həyat yoldaşı avqustun 10-da naməlum şəxslər tərəfindən oğurlanıblar və “Jiquli” markalı avtomobillə naməlum istiqamətə aparılıblar. /ANS PRESS/