Çeçenistanda iki silahlı öldürülüb
23 May 2010 Bazar 02:55
Bu dəqiqələrdə də davam edən xüsusi əməliyyata Çeçenistan prezidenti Ramzan Kadırov başçılıq edir.
Bu gecə Çeçenistanda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı iki silahlı öldürülüb. Məlumatı Çeçenistan prezidentinin mətbuat xidməti yayıb. Silahlılar Şali rayonunun Serjer-Yurd yaşayış məntəqəsinin ətrafında aşrlanıblar. Öldürülən silahlıların Yusifhacıyev soyadlı iki qardaş olduğu bildirilir. Onlar Şali rayonunun sakinləridir.
Hazırda ərazidə əməliyyat davam edir. Çeçenistan prezidenti Ramzan Kadırov və baş nazirin güc stukturlarına nəzarə edən müavini Məhəmməd Daudov da əməliyyatın keçirildiyi yerdədirlər.
Əməliyyatda iştirak edən hüquq-mühafizə orqanları əməkdaşlarından heç kim xəsarət almayıb. Əməliyyatda milis işçiləri ilə yanaşı “Cənub” batalyonunun və Rusiya DİN Daxili Qoşunlarının hərbçiləri də iştirak edirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: